Niderland Türkiyə ilə diplomatik əlaqələrini kəsib

611 5-02-2018, 15:37 dunya / gundem

Niderland Türkiyə ilə diplomatik əlaqələrini kəsibNiderland krallığı Türkiyədəki səfirini rəsmi şəkildə geri çağırdığını elan edib.

Xeberdar.net "Haberler"-ə istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirlib ki, Türkiyənin Niderlanda təyin edəcəyi səfirin etimadnaməsi də qəbul edilməyəcək. XİN-in məlumatına görə, bununla bağlı rəsmi Ankara ilə aparılan ikitərəfli müzakirələr dayandırılıb.

Qeyd edək ki, 2017-ci il iyulun 7-də Türkiyə baş nazirinin müavini Toğrul Türkeşi Niderland hökuməti “arzuolunmaz şəxs” (“persona non-qrata”) elan edib. Həmin il martın 11-də isə Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna da buraxmayıb.

Xeberdar.net





XƏBƏR LENTİ