"Bank of Baku" müştərilərini aldatdığını etiraf etdi — ALDANMAYIN

"Bank of Baku" müştərilərini aldatdığını etiraf etdi — ALDANMAYIN
Üç gün öncə "Bank of Baku"nun müştərisi olan Pərviz Əzimovu bankın aldatdığını və plastik kart hesabından artıq pul çıxdığını yazmışdıq.

Ölkə.az-ın bu xəbərindən və müştərinin haqlı tələblərindən sonra bank çıxış yolu qalmadığını deyəsən anlayıb. Bu haqda bankın müştərisi Pərviz Əzimov yazır:

""Bank of Baku" haqqında o günkü şikayətimdən sonra olanları yazım.

Yazmışdım ki, bank kartdan günün kursundan əlavə məbləğ tutub.

Bank rəsmiləri də sosial şəbəkədə gah statusun altında yazdılar ki, məlumatlarınızı qeyd edin yoxlayaq, sonra "inbox"da yazdılar ki, yenidən müraciət edin. 1 saat keçdi yazdılar ki, müştəri kodunuzu deyin. Ən nəhayət yazdılar ki, bəs 10 faiz konvertasiya haqqı tutulub (10 faiz! Fantastika). Ona görə də əlavə çıxılan pul odur. Hesabladım, gördüm, əgər 10 faiz çıxıblarsa, o zaman 407 AZN çıxmalı idilər, amma 390 AZN çıxıblar. Demək yenə səhv ediblər.

Dünən isə sms gəldi ki, bəs üzr istəyirik, balansınızdan əlavə məbləğ çıxılıb, 359 AZN əvəzinə 390 AZN çıxmışıq.

Qadanızı alım, vallah, bunlar bilmir nə edir? Öz etdiklərini 2 gündə 3 dəfə özləri danıblar. Siz də ehtiyatlı olun, vəziyyətdən çıxmaq üçün bu banklar ağızlarına gələn bir əməliyyat adı deyə bilərlər. İnanıb keçməyin, hesablayın mütləq".

Qeyd edək ki, ölkə rəhbəri son çıxışında fırıldaqçılar haqqında ölçü götürüləcəyini, ictimai nəzarətin mütləqliyini qeyd edib.

Olkə.az

"Bank of Baku" müştərilərini aldatdığını etiraf etdi — ALDANMAYIN

  • 14-01-2016, 10:53
  • 569


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Tanınmış polis rəisinin gənc oğlu vəfat etdi
  4. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  5. Yeni başçı Vilyam Hacıyevin rəqsə meyilli kadrı ilə işləyə biləcəkmi? - VİDEO
  6. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  7. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  8. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  9. Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi–”Qozbeli qəbir düzəldər”–Araşdırma
  10. Sabah güclü külək əsəcək
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI