Dağıstana yeni baş nazir təyin olundu

725 7-02-2018, 16:49 dunya / gundem

Dağıstana yeni baş nazir təyin olunduDağıstan parlamenti Tatarıstanın iqtisadiyyat naziri Artyom Zdunovun Dağıstan Respublikası hökumət başçısı vəzifəsinə namizədliyini qəbul edib.

Xeberdar.net xəbər verir ki, bu barədə Tass məlumat yayıb.

Sessiyada iştirak edən 75 deputatdan 68-i Zdunovun baş nazir vəzifəsinə təyin olunmasının lehinə səs verib.

Zdunovun namizədliyi ötən gün Dağıstan regional parlamentinin sədri Vladimir Vasilyev tərəfindən irəli sürülüb.

Bundan əvvəl o, hökumətin istefaya göndərilməsi barədə fərman verib. Bu bir neçə yüksək çinli yerli məmurun, o cümlədən Dağıstan hökumət başçısı Əbdüsəməd Həmidovun saxlanılmasından sonra baş verib.

Xeberdar.net

XƏBƏR LENTİ