Prezidentliyə iddialı müxalif partiya sədri İrana getdi - səbəb

728 12-02-2018, 09:30 gundem

Prezidentliyə iddialı müxalif partiya sədri İrana getdi - səbəb
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizədliyi bu partiya tərəfindən irəli sürülən Əli Əliyev fevralın 10-da İrana səfərə gedib. Bu barədə partiyanın mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, Əli Əliyev İran hökuməti tərəfindən dəvət olunub.


İran hökuməti İran İslam İnqilabının 39 illiyinə həsr olunmuş tədbirlərdə iştirak üçün VİP sədri Əli Əliyevi Tehrana dəvət edib. Partiya sədri isə bu dəvəti müsbət dəyərləndirib. VİP mətbuat xidmətinin məlumatında Əli Əliyevin bir neçə gün davam edəcək səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin türk əsilli deputatları və siyasi dairələrin təmsilçiləri ilə də görüşünün nəzərdə tutulduğu deyilir.

Qeyd edək ki, İran İslam İnqilabının 39 illiyinə həsr olunmuş tədbirlərə İran hökumətinin Azərbaycandan başqa hansısa müxalif partiya sədrlərini dəvət etdiyi haqda məlumat yoxdur. Belə bir dəvət olubsa belə, mətbuata məlumat verilməyib. Əli Əliyevdən başqa Azərbaycandan partiya sədrlərinin İrana getdiyini təsdiq edən məlumat da yoxdur.

Əli Əliyevin özü ilə əlaqə yaratmaq mümkün olmadığı üçün səfəri və ortaya çıxan bəzi suallarla bağlı ətraflı məlumat ala bilmədik.

Xeberdar.net

XƏBƏR LENTİ