Məcburi köçkünlərə bəd xəbər: bir sıra güzəştlər ləğv ediləcək

Məcburi köçkünlərə bəd xəbər: bir sıra güzəştlər ləğv ediləcək

Neftin qiymətinin kəskin ucuzlaşması və dövlət büdcəsinin gəlirlərinin həddən artıq aşağı düşməsi ölkənin ən həssas əhali qrupu olan məcburi köçkünləri də “vuracaq”. Əldə etdiyimiz məlumata görə, hökumətdə məcburi köçkünlər üçün güzəştlərin müəyyən qisminin azaldılması, müəyyən güzəştlərin ləğvi məsələsi müzakirə edilir.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun prezidentin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında da bunun anonsu verilib. Əli Həsənov hazırda təkcə Bakı şəhərində 150 min nəfər məcburi köçkünün istismara yararsız yataqxana, pansionat, yarımçıq tikililərdə olduqca çətin şəraitdə yaşadığını bildirməklə yanaşı deyib ki, məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə müzakirədən sonra yaxın vaxtlarda ölkə prezidentinin diqqətinə təqdim ediləcək. Əli Həsənov həmçinin məlumat verib ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib.

Əli Həsənov dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi ilə bağlı bildirib ki, məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər müəyyənləşdirilmiş normativlər üzrə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına, müavinətlər isə plastik kartlarla ödənilir. Nəticə etibarilə artıq 10 ildir ki, vəsaitlərin ödənişində canlı təmas amili tam aradan qaldırılıb. Onun sözlərinə görə, bu sahədə işlərin təkmilləşdirilməsi həm müvafiq icra hakimiyyətləri, həm də xidmət təşkilatları ilə birlikdə həyata keçirilir. Qaz və elektrik enerjisi sahəsində sayğaclaşma işləri tam başa çatdırılıb.

Qeyd edək ki, hökumət tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlər hesabına məcburi köçkünlərin kommunal xidmətləri xüsusi limit tətbiq edilməklə ödənilir. Eyni zamanda məcburi köçkünlərə 18 manat aylıq yemək xərci verilir. Bundan başqa, kənd rayonlarında məskunlaşan məcburi köçkün ailələri yanacaqla təmin olunurlar.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a bildirildi ki, təkliflər paketi hazırda hökumətlə müzakirə edilir. Müzakirələr yekunlaşdıqdan və təkliflər paketi ölkə başçısına göndəriləndən sonra qənaətin məcburi köçkünlərə güzəştlərə hansısa şəkildə təsir edib-etməyəcəyi açıqlanacaq.

Ekspertlər isə bildirir ki, bahalaşma və işsizlik onsuz da məcburi köçkünlərin də yaşayışına mənfi təsirini göstərir. Güzəştlərin ləğvi əhalinin bu təbəqəsinin güzəranını daha da ağırlaşdırar. Rayonlarda elə məcburi köçkün ailələri var ki, sözügedən komitənin ayırdığı 18 manat (hər nəfər üçün) çörəkpulundan başqa heç yerdən gəlirləri yoxdur. Güzəştlərin ləğvi belə ailələri xüsusilə acınacaqlı situasiya ilə üz-üzə qoya bilər.
Musavat.com

Məcburi köçkünlərə bəd xəbər: bir sıra güzəştlər ləğv ediləcək

  • 15-01-2016, 10:03
  • 555


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI