Rusiyada təyyarə qəzasında həlak olanlardan biri Azərbaycan vətəndaşıdır

714 12-02-2018, 11:09 dunya / gundem

Rusiyada təyyarə qəzasında həlak olanlardan biri Azərbaycan vətəndaşıdırRusiyada baş verən təyyarə qəzası ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması araşdırılıb.

"Təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiya Federasiyasının müvafiq dövlət təşkilatları ilə təmasdadırlar", - H.Hacıyev bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ