İranda avtobus qəzası - 9 ölü

632 12-02-2018, 17:27 dunya / gundem

İranda avtobus qəzası - 9 ölüİranın Cənubi Xorasan vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

Moderator.az xəbər verir ki, insident nəticəsində 9 nəfər həlak olub, 36 nəfər xəsarət alıb.

"Tasnim" agentliyinin xəbərinə görə, 45 sərnişini olan avtobus Deyhuk-Firdovs yolunda aşıb. Avtobus Qaçsarandan Məşhədə doğru gedirmiş.
"Avtobus səhərə yaxın aşıb. İnsident nəticəsində 9 nəfər həlak olub",-deyə yol polisinin məlumatında qeyd edilib.

Yaralılar Təbəs və Firdovs şəhərlərindəki xəstəxanalara yerləşdirilib. 3 nəfərin yarası yüngül olduğu üçün hadisə yerində yardım edilib.

Xeberdar.net

XƏBƏR LENTİ