Saakaşvili Polşada danışdı:“Onlara heç bir siyasi sığınacaq istəmədiyimi dedim”

736 13-02-2018, 13:44 dunya / gundem

Saakaşvili Polşada danışdı:“Onlara heç bir siyasi sığınacaq istəmədiyimi dedim”
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Polşadan siyasi sığınacaq almaq üçün müraciət etməyəcək.

"RİA Novosti"nin verdiyi xəbərə görə, M. Saakaşvili bu barədə "News One" kanalına açıqlamasında deyib. O bildirib ki, Polşa Daxili İşlər Nazirliyi ondan siyasi sığınacaq almaq kimi bir niyyətinin olub-olmadığı soruşulub: “Mən onlara heç bir siyasi sığınacaq istəmədiyimi dedim”.

Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdəki “Suluquni" restoranında Ukrayna Miqrasiya Xidmətinin tələbi ilə saxlanıldıqdan sonra Polşaya readmissiya edilib. O, ötən ilin sentyabrında məhz Polşadan Ukraynaya daxil olmuşdu./APA/

XƏBƏR LENTİ