ABŞ-n hava zərbələrindən 300 Rusiya muzdlusu həlak olub –“Reuters” VİDEO

ABŞ-n hava zərbələrindən 300 Rusiya muzdlusu həlak olub –“Reuters” VİDEO
“Reuters” agentliyi üç ayrı mənbəyə istinadən xəbər verir ki, ötən həftə fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətində ABŞ aviasiyasının endirdiyi zərbələr zamanı 300-dən çox Rusiya muzdlusunun öldüyünü və yaralandığını təsdiq edir.

Virtualaz.org xəbər verir ki, agentlik onların hamısının “Kremlə bağlı özəl hərbi şirkətdə işlədiyini” bildirir. Adının açıqlanmasını istəməyən hərbi həkim agentliyə 100-dən çox ölü və 200-ə qədər yaralı haqda danışıb. Həkimin sözlərinə görə, bu məlumatı o ötən həftə yaralıların dalınca Suriyaya göndərilən reanimotoloqdan öyrənib.

“Reuters”in istinad etdiyi və “Vagnerin ordusuna” yaxın digər mənbə isə deyib ki, ona Rusiyadan olan azı 80 muzdlunun həlak olması barədə məlumdur. Mənbə bu məlumatı fevralın 7-də olmuş döyüşlərin iştirakçısı ilə söhbətdən eşitdiyini deyib. Məndə deyib ki, ümumiyyətlə 300-dən çox ölən və yaralanan olduğu haqda deyilənlər doğrudur.

Agentlik “Vagner özəl hərbi şirkəti” ilə əlaqə yarada bilməyib. Rusiya Müdafiə Nazirliyi isə Suriyadakı itkilər haqda danışmayıb.

Xatırladaq ki, fevralın 7-də axşam saatlarında Deyr əz-Zor əyalətində, Fərat çayı sahilindəki Hişam rayonunda Bəşər Əsədi dəstəkləyən qüvvələr, o cümlədən “Vagnerin ordusu” kürdlərin nəzarətində olan neft-qaz yataqlarını və qaz emalı zavodunu ələ keçirmək üçün cəmi 1000-ə yaxın döyüşçü olmaqla üç qruplaşma halında hücum edib. Lakin kürdlərdən ibarət “Suriya Demokratik Qüvvələri” ABŞ-ın başçılıq etdiyi koalisiyadan hava dəstəyi istəyib.

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri F-22 “Raptor” qırıcısı, MQ-9 pilotsuz döyüş təyyarəsi, B-52 strateji bombardmançısı, F-15E hücum təyyarəsi və “Apache” vertolyotlarını tətbiq edərək 3 saat ərzində həm hücuma keçən qüvvələrə, həm ehtiyat bölmələrə və hərbi texnikaya sarsıdıcı zərbələr endirib. Bu zaman yüzlərlə muzdlu həlak olub. İndiyə qədər o cümlədən həmin döyüşlərin iştirakçılarına istinadən “Vagnerin ordusu”nun 215-dən 600-ə qədər muzdlu itirdiyi haqda xəbərlər yayılıb. Yüzlərlə ağır yaralı var və onlar Rusiyanın üç hərbi hospitallarında yerləşdirilib.

Xeberdar.net

ABŞ-n hava zərbələrindən 300 Rusiya muzdlusu həlak olub –“Reuters” VİDEO

  • 16-02-2018, 17:25
  • 209


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. “Bu həyat dediyin...”dir şairə ilham verən...
  3. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  4. Pəri məclisi - Kitab təqdimatı (tam tədbir)+video
  5. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  6. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  7. Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu
  8. Vəfat edənin kreditini kim qaytarmalıdır? –KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA
  9. NORVEÇ BAKIDAKI SƏFİRLİYİNİ BAĞLAYIR! – Səbəbi açıqlanmır
  10. Təhsil Naziri icra hakimiyyətlərinin qarşısında söz iqtidarını itirib…? - Sumqayıt təhsili viran qalıb
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI