SON DƏQİQƏ! Zakir Fərəcov daha bir iş adamını həbs etdirdi

1 112 16-02-2018, 17:28 gundem

SON DƏQİQƏ! Zakir Fərəcov daha bir iş adamını həbs etdirdi
Bu gün Sumqayıt Şəhər İcra Başçısı Zakir Fərəcovla problem yaşayan iş adamlarından Allahverdiyev Ruslan Aslan oğlu Sumqayıt polisi tərəfindən həbs edilib.

Bakunews.az-a xəbər verir ki, bir neçə müddətdir Sumqayıt abadlaşdırmasında iştirak edən, iş görərək pulunu ala bilmədiyin iddia edən iş adamları Prezident Aparatının qarşısında gedərək Zakir Fərəcovdan şikayət ediblər. Daha sonra aparatın qarşısına gedən iş adamların Sumqayıta çağıraraq pullarını verəcəyini vəd edib. Sumqayıta gələn iş adamları icra hakimiyyətində qəbuldan çıxdıqdan az müddət sonra Allahverdiyev Ruslan Aslan oğlu hərəkətdə olan avtomobil saxlanılaraq polis idarəsinə aparılıb. Redaksiyamıza verilən məlumatda Sumqayıt Polisi tərəfindən Allahverdiyev Ruslan Aslan oğlu şərlənərək həbs edildiyi bildirilir.

Sumqayıt iş adamları İcra başçısı Z.Fərəcovun onlara borclu olduğunu iddia etdikləri pulların verilməməsi azmış kimi iş adamlarından Allahverdiyev Ruslan Aslan oğlunu həbs etdirməsi onları yenidən şikayətə getməsinə səbəb olub. Məlumat verən mənbə qeyd edir ki, elə buna görə də iş adamları hal-hazırda yenidən Prezident Aparatının qarşısına toplaşıb.

Qeyd edək ki, Sumqayıt icra başçısı tərəfindən Allahverdiyev Ruslan Aslan oğlu həbs edilən ilk iş adamı deyil. Bir müddət əvvəl Sumqayıt dəniz kənarı parkın salınmasında iştirak edən iş adamlarından Müqayis Verdiyev Zakir Fərəcov tərəfindən həbs etdirilmiş, hal-hazırda həbsdədir. İş adamlarının bildirdiyinə görə isə Zakir Fərəcovun onlara 12 milyon borcu var. Alacaqlarını ala bilməyən iş adamları PREZİDENTLƏ görüşmək istədiklərin qeyd edirlər.


Məsələ ilə bağlı araşdırmamız davam edir. Bizi izləyin!

Xeberdar.net

XƏBƏR LENTİ