Yanvarda Azərbaycanın xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib
Bu ilin yanvar ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 mlrd. 727 mln. 332,84 min ABŞ dolları təşkil edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 472 mln. 652,58 dollar və ya 37,67% çoxdur.
Ötən ay ərzində idxal əməliyyatları 688 mln. 625,61 min dollar olub ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 238 mln. 573,34 min dollar və ya 53,01% çoxdur.
Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 1 mlrd. 038 mln. 707,23 min dollar olub ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 234 mln. 79,24 min dollar və ya 29,09% çoxdur.
Nəticədə 350 mln. 81,62 dollar məbləğində müsbət saldo yaranıb.
Xeberdar.net