Türkiyə möhtəşəm silah hazırlayır – FOTO

702 17-02-2018, 14:21 dunya / gundem

Türkiyə möhtəşəm silah hazırlayır – FOTOTürkiyənin ASELSAN şirkətinin hazırladığı Erkən Xəbərdalıq Radar Sisteminin ilk 4 ədədi 2021-ci ildə orduya təhvil veriləcək.

2011-ci ildə başlayan layihənin həyata keçirilməsi ilə Türkiyə 600-700 kilometr radiusda hər hansı hücum barədə daha tez məlumat almaq imkanına sahib olacaq.

Məlumata görə, yaradılan sistem hava-hava, hava-yer, alçaqdan uçan, anti-radiasiya raketlərinə, həmçinin, aşağı sürətli PUA, helikopter və təyyarələrə qarşı istifadə ediləcək.

Türkiyənin hazırladığı möhtəşəm sistem eyni zamanda kiberhücumlara tab gətirə biləcək şəkildə qurulur.(axar.az)
Türkiyə möhtəşəm silah hazırlayır – FOTO

XƏBƏR LENTİ