Baş Prokurorluq: Sumqayıt hadisələri ilə bağlı kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir

690 22-02-2018, 11:31 cemiyyet / gundem

Baş Prokurorluq: Sumqayıt hadisələri ilə bağlı kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir“Ermənistan Silahlı Qüvvələri və digər hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində, eləcə də erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıt şəhərində törədilən cinayətlərlə əlaqədar Baş Prokurorluğun veb-saytında “Sumqayıt hadisələri” bölməsi fəaliyyətdədir”.

“Report”un xəbərinə görə, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, həmin bölməyə daxil olmaqla istintaq materialları, eyni zamanda erməni vəhşilikərini özündə əks etdirən bir neçə dillərə tərcümə olunan filmlərlə tanış olmaq mümkündür.

E.Sultanov qeyd edib ki, hazırda cinayət işi üzrə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən iğtişaşların təşkilatçıları və onların havadarlarının ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberdar.net

XƏBƏR LENTİ