Bakıda məktəbdə qalmaqal: Şagirdin görüntüləri yayıldı

1 005 22-02-2018, 17:50 cemiyyet / gundem

Bakıda məktəbdə qalmaqal: Şagirdin görüntüləri yayıldıBakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.

Xeberdar.net Report-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib.

C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Məktəbin direktoru Leyla Fətiyeva bu mövzuda danışmaq istəməyib.

Xeberdar.net

XƏBƏR LENTİ