ABŞ Əsədi hərbi müdaxilə ilə hədələdi

641 23-02-2018, 14:00 dunya / gundem

ABŞ Əsədi hərbi müdaxilə ilə hədələdiVaşinqton Suriyada münaqişənin hərbi yolla həlli variantını istisna etmir və bu ölkənin qüvvələrinə zərbələr endirmək hüququnu qoruyub-saxlayır.

Oxu.az bildirir ki, bubu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Çikaqo Universitetinin Politologiya İnstitutunda etdiyi çıxışı zamanı deyib.

“İstənilən situasiyanın qiymətləndirilməsi zamanı məsələnin hərbi həlli yolu heç vaxt istisna edilmir”, - deyə Heyli bildirib.

Amerikalı diplomat bildirib ki, ABŞ-ın Suriya münaqişəsinin mərkəzində olmaq niyyəti yoxdur, kimyəvi silahlarla hücuma məruz qalan suriyalılara yardım üçün ABŞ əlindən gələni etməlidir.

Heyli bildirib ki, ABŞ prezidenti Donald Tramp hərbi sferada ata biləcəyi mümkün addımları ictimailəşdirməməyi vəd edib.

Diplomatın sözlərinə görə, Suriya hökuməti bilir ki, ABŞ ona qarşı hərbi xarakterli ölçülər qəbul edə bilər.

Fevralın 13-də Fransa prezidenti Emmanuel Makron Parisin Suriya hökumət qüvvələrinin mövqelərinə aviazərbələr endirilməsi təklifinin nəzərdən keçirildiyini bildirib. Makronun sözlərinə görə, hərbi müdaxilə yalnız Əsəd rejiminin kimyəvi silahdan istifadə edəcəyi təqdirdə tətbiq oluna bilər. Fransa lideri etiraf edib ki, hal-hazırda bununla bağlı hər hansı sübut yoxdur.

Bundan əvvəl “Associated Press” suriyalı ictimai fəallara və xilasedicilərə istinadən Əsəd ordusunun Dəməşq yaxınlığında yerləşən Şərqi Quta rayonunda kimyəvi silahdan istifadə etdiyi xəbərini yaymışdı.

Suriya hökuməti bu ittihamları rədd edib. ABŞ BMT daimi nümayəndəsi isə bütün məsuliyyəti Rusiyanın üzərinə atıb.

Xatırladaq ki, 2017-ci ilin aprel ayında ABŞ Suriyanın hərbi aeroportlarından birinə zərbələr endirib. ABŞ hərbi dəniz qüvvələrinə aid Aralıq dənizində üzən iki gəmidən hədəflərə 50 “Tomoqavk” raketi buraxılıb.

Xeberdar.net

XƏBƏR LENTİ