Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Almaniyanın Münxen şəhərində soydaşlarımız etiraz aksiyası keçiriblər

661 24-02-2018, 09:13 gundem

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Almaniyanın Münxen şəhərində soydaşlarımız etiraz aksiyası keçiriblər

Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimovun və sədr müavini Fuad Rzayevin, həmçinin Bavariya Türk Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş aksiyada Azərbaycan və türk icmasının nümayəndələri iştirak ediblər.

Aksiyada “Xocalıya ədalət!”, “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!”, “Biz terrora və soyqırımına yox deyirik!”, “Ermənistan işğaldan və terrordan əl çək” kimi şüarlar səsləndirilib, plakatlar qaldırılıb, bayraqlarımız dalğalandırılıb. Çıxış edən azərbaycanlılar beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər.

Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov və Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir Zeytinoğlu dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar.

Aksiyanın sonunda Münxen şəhərinin azərbaycanlı və türk icması adından beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul olunub.

Müraciətdə dünya birliyindən Xocalı soyqırımına hüquqi qiymət verilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün qəti tədbirlər görülməsi tələb edilib, beynəlxalq ictimaiyyətin baş verənlərə laqeyd qalmasının Ermənistanın daha ağır cinayətlər törətməsinə səbəb olacağı ilə bağlı narahatlıq ifadə edilib.

Xeberdar.net

XƏBƏR LENTİ