Salyanda kişi meyiti aşkarlanıb

881 26-02-2018, 14:24 hadise / gundem

Salyanda kişi meyiti aşkarlanıbSalyan rayonunda kişi meyiti aşkar edilib.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun yaxınlığından keçən Akkuşa çayı sahilində kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Araşdırmalardan sonra məlum olub ki, bu, Arbatan kənd sakini, 1986-cı il təvəllüdlü Qəniyev Elməddin İsrail oğludur.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ