Azərbaycanda daha çox sığınacaq axtaran xarici vətəndaşlar – Siyahı

658 27-02-2018, 14:20 cemiyyet / gundem

Azərbaycanda daha çox sığınacaq axtaran xarici vətəndaşlar – Siyahı“Statuslarından asılı olmayaraq Azərbaycanda sığınacaq axtaran hər bir şəxsin hüquqları qanunvericiliklə tənzimlənir”.

“Report”un xəbərinə görə, bunu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayev sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə deyib.

O söyləyib ki, Azərbaycanda sığınacaq almaq istəyən şəxslərin Dövlət Miqrasiya Xidmətinin qərarlarından məhkəmələrə etdikləri müraciətlərin sayı ildən ilə artır: “2015-ci ildə məhkəməyə müraciətlər 8, 2016-cı ildə 11, 2017-ci ildə isə iki dəfə artıb. Belə müraciətlərin sayı ümimilikdə 38 olub. Təkcə 2018-ci ilin 2 ayı ərzində 11 belə iddia daxil olub”.

R.Rzayev bildirib ki, həmin müraciətlərdən 30-u rədd edilib: “Məhkəməyə müraciət edən əcnəbilər əsasən Əfqanıstan, Türkiyə, İran və Rusiya vətəndaşlarıdır”.

Xeberdar.net

XƏBƏR LENTİ