Çexiyada qrip epidemiyası 50 nəfərin həyatına son qoyub

594 28-02-2018, 08:48 dunya / gundem

Çexiyada qrip epidemiyası 50 nəfərin həyatına son qoyub
Çexiyada qrip epidemiyası son 3 həftə ərzində 50 nəfərin ölümünə səbəb olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya Dövlət Səhiyyə İnstitutunun məlumatında bildirilir.
Məlumata görə, ölənlərdən 43 nəfərin 60-dan çox yaşı olub. Qalanları isə 25-59 yaşlarında olub.

Xəstəxanalara yerləşdirilən pasiyentlərdən 199 nəfərin vəziyyəti hazırda kritikdir.

Epidemiyanın hələ bir neçə həftə davam edəcəyi bildirilir.

XƏBƏR LENTİ