“Deutsche Bank”:"Dolların məzənnəsi düşməlidir"

“Deutsche Bank”:"Dolların məzənnəsi düşməlidir"
Yanvar ayında ABŞ-ın ticarət kəsirinin artması, dolların məzənnəsi üçün mənfi xəbər olsa da, maliyyə bazarları müvəqqəti olaraq FED-in rəhbəri Cerom Pauelin (Jerome Powell) ABŞ iqtisadiyyatı ilə bağlı açıqlamalarına daha çox diqqət ayırıb.

"Report" xəbər verir ki, bu açıqlamanı "Deutsche Bank"ın bazar araşdırmaları şöbəsinin həmsədri Corc Saravelos (George Saravelos) verib. Qeyd edək ki, yanvarda ABŞ-ın ticarət kəsiri 74,4 mlrd. dollar təşkil edib. Bundan bir ay əvvəl isə analoji göstərici 71,58 mlrd. dollar olub.

"ABŞ-da uçot dərəcəsinin digər inkişaf etmiş bölgələrlə müqayisədə yüksək olmasına baxmayaraq, bu ölkəyə maliyyə axınlarının azalması dolların məzənnəsinə mənfi təsir göstərəcək. Tədricən, ABŞ-ın tədiyyə balansında cari hesab portfel investisiyalarının azalması fonunda pisləşməyə başlayıb. Bu isə öz növbəsində dolların ucuzlaşmasına gətirib çıxaracaq", – deyə Saravelos bildirib.

Xeberdar.net

“Deutsche Bank”:"Dolların məzənnəsi düşməlidir"

  • 28-02-2018, 16:10
  • 93


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. “Bu həyat dediyin...”dir şairə ilham verən...
  3. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  4. Pəri məclisi - Kitab təqdimatı (tam tədbir)+video
  5. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  6. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  7. Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu
  8. Vəfat edənin kreditini kim qaytarmalıdır? –KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA
  9. NORVEÇ BAKIDAKI SƏFİRLİYİNİ BAĞLAYIR! – Səbəbi açıqlanmır
  10. Təhsil Naziri icra hakimiyyətlərinin qarşısında söz iqtidarını itirib…? - Sumqayıt təhsili viran qalıb
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI