İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik təklif edildi

711 28-02-2018, 21:11 dunya / gundem

İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik təklif edildiMoskvada səfərdə olan İraq Xarici İşlər naziri İbrahim əl-Cəfəri mətbuat konfransı keçirib.

O, İran və Səudiyyə Ərəbistanı arasında İraqın vasitəçilik edə biləcəyini söyləyib.

Əl-Cəfəri, İraqın Rusiyadan hava hücumundan müdafiə sistemləri almaq məsələsində israrlı olduğunu deyib:

“İraq terrorizmlə mübarizədə böyük itkilər verib. Ölkəmiz müdafiə potensialını gücləndirmək üçün mövcud fürsətləri yaxşı dəyərləndirməq haqqına sahibdir. Lakin, ABŞ buna mane olmağa çalışır”.(Qafqazinfo)

XƏBƏR LENTİ