“Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz” - Ərdoğan

706 1-03-2018, 12:09 dunya / gundem

“Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz” - Ərdoğan
“Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz”.Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı bildirib ki, əgər hər hansı qüvvə və ya ölkə “Zeytun budağı” hərbi əməliyyatına mane olmağa çalışsa, cavabını alacaq: “Türkiyənin terrorçularla mübarizədə hər hansı məsləhətləşməyə ehtiyacı yoxdur”.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16″ təyyarələri də cəlb olunub.

Xeberdar.net

XƏBƏR LENTİ