Gözəllik salonunda dava: qadınlar saç-saça tutdular

718 1-03-2018, 13:08 cemiyyet / gundem

Gözəllik salonunda dava: qadınlar saç-saça tutdularSuraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən gözəllik salonlarının birindən polisə şikayət daxil olub.

Mehriban Nurəddin qızı İsmayılova 31-ci Polis Bölməsinə şikayət edərək bildirib ki, gözəllik salonunda işləyən Ruhiyyə Səməndər qızı Hüseynova onu döyüb.

Faktla əlaqədar təhqiqat araşdırmalarına başlanılıb və hər iki tərəfin izahatı alınıb. Zərərçəkən xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib. Ekspertizanın verəcəyi rəydən sonra fakta hüquqi qiymət veriləcək.(ölkə.az)

XƏBƏR LENTİ