Ağstafada traktor piyadanı vuraraq ağır yaralayıb

619 2-03-2018, 11:03 cemiyyet / gundem

Ağstafada traktor piyadanı vuraraq ağır yaralayıbAğstafa rayonunda traktor piyadanı vuraraq ağır yaralayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırlı kənd ərazisində baş verib.

İlkin məlumatlara görə, hərəkətdə olan qoşqulu traktor yaşlı kişini vuraraq bir neçə metr sürüyüb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ