Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanıldı

832 5-03-2018, 11:20 cemiyyet / gundem

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanıldıRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Xeberdar.net DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ