ABŞ Milli Kəşfiyyat Agentliyi:"Əsəd rejimi demək olar ki, hər gün xlor qazı və sarindən istifadə edir"

779 6-03-2018, 22:27 dunya / gundem

ABŞ Milli Kəşfiyyat Agentliyi:"Əsəd rejimi demək olar ki, hər gün xlor qazı və sarindən istifadə edir"
"Suriya rejiminin dinc sakinlərə qarşı kimyəvi silah istifadə etməsi məsələsini araşdırırıq".

Bu sözləri ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Kots deyib.

O bildirib ki, Əsəd rejimi demək olar ki, hər gün ölkəsində xlor qazı və sarindən istifadə edir:

“Orada sarindən çox, xlor qazının istifadəsi var. Son hücumları hazırda dəyərləndiririk. Hələ ki, detallı məlumatlara malik deyilik. Tərəflər bir-birini günahlandırır. Bu məsələdə olduqca narahatıq. Prezidentin (D.Tramp) ötən il bu hücumlara verdiyi reaksiyasını gördünüz. Hazırda biz burada danışarkən məsələnin orada qızğın müzakirəsi gedir”.

XƏBƏR LENTİ