Rusiya XİN Türkiyə-Ermənistan protokolarının ləğvi haqda

668 7-03-2018, 14:16 dunya / gundem

Rusiya XİN Türkiyə-Ermənistan protokolarının ləğvi haqdaBizim Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokola münasibətimiz aktual olaraq qalır.

APA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan prezidenti tərəfindən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokolun ləğvi ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, Rusiya bu razılığa daha əvvəl də münasibətini bildirib, hətta Sürixdə protokolların imzalanması mərasimində Rusiya nümayəndə heyəti də iştirak edib: “Biz əlaqələrinin normallaşmasının vacib olduğunu hesab edirik. Bu, hər iki ölkənin də maraqları naminədir. Biz öz tərəfimizdən bu məqsədin əldə olunması üçün əlimizdən gələni etmişik”.

Xeberdar.net

XƏBƏR LENTİ