İlham Əliyev və xanımı Azərbaycan - İtaliya oyununda YENİLƏNİR

İlham Əliyev və xanımı Azərbaycan - İtaliya oyununda YENİLƏNİR


Bu gün “Bakı 2015” Birinci Avropa Oyunlarında qadınlar arasında keçirilən voleybol yarışının növbəti görüşləri keçirilir.

Xeberdar.net Teleqraf.com-a istinadən xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan komandası İtaliya ilə görüşür. Oyunu izləyənlər arasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva da var. Güclü azarkeş dəstəyinə malik millimiz birinci setdə 25-22 hesabı ilə qalib gəlib. İkinci setin birinci və ikinci texniki fasiləsinə üstün yollanan komandamız: 16-14 hesabı ilə irəlidədir. Azərbaycan komandası ikinci setdə də qalib gəlməyi bacarıblar: 25-20.


Bolqarıstan 0-3 Serbiya

Bolqarıstan-Serbiya oyunu keçirilib. Oyunun birinci hakimi azərbaycanlı referi Eldar Əliyev olub. Hər üç setdə serblər üstün olublar: (25-27; 12-25; 18-25).

Polşa 3-0 Rumıniya

Polşa komandası Rumıniya ilə qarşılaşıb. İlk hissədən polşalılar qalib ayrılıblar: 25-23. İkinci setdə də rumınlar üstünlük əldə edə bilməyib: 25-15. Üçüncü setdə də eyni ssenari davam edib. Belə ki, polşalı xanımlar bu setdə 25-16 hesabı ilə üstün olaraq, oyunu 3-0 qalibiyyətlə başa vurub.

Hollandiya 0-3 Almaniya

Günün ilk qarşılaşması "B" qrupunda yer alan Hollandiya və Almaniya komandaları arasında baş tutub. Birinci setdə Almaniya voleybolçuları 25-13 hesabı ilə qələbə qazanıb. İkinci setdə də üstün olan almanlar hesabı 2-0 ediblər: 25-23. Üçüncü hissə də Almaniya idmançılarının qalibiyyəti ilə başa çatıb: 25-23.

Bu gün baş tutacaq oyunlar bunlardır:

Saat 14:30-da B qrupu Serbiya – Bolqarıstan

Saat 16:30-da A qrupu Azərbaycan - İtaliya

Saat 20:00-da A qrupu Belçika – Türkiyə

Saat 22:00-da B qrupu Rusiya - Xorvatiya

İlham Əliyev və xanımı Azərbaycan - İtaliya oyununda YENİLƏNİR

  • 17-06-2015, 17:58
  • 851


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai rayonunda bu ərazi də satıldı
  2. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  3. ÇİNİN 5G SİSTEMİNƏ QARŞI ABŞ-ın KORONAVİRUS ƏMƏLİYYATI:iki amerikalı professorun hazırladığı virus dünya nizamını necə dəyişir? - ARAŞDIRMA
  4. TALANAN MİLYARDLAR, MƏHV EDİLƏN MİLYONLUQ TEXNİKA... - Həbs edilən olacaqmı? + FOTOLAR
  5. Xətai rayonunun "islahatçı" icra başçısının gerçək üzü
  6. Jalənin döyülməsini gizlədən “City Hospital”dan şok – Faktlar
  7. AZƏRBAYCANDA KOLLEC DİREKTORU VƏ MÜAVİNİ TUTULDU –Rüşvətlə
  8. DAHA BİR DEPUTATIN ADI KREDİT QALMAQALINDA - Sabiq nazir deputatın oğlunu məhkəməyə verib
  9. ÖLKƏ ŞOKDA! Orduda korona virus yayıldı - KARANTİN ELAN OLUNDU
  10. KORONAVİRUS MİLLİ VALYUTALARI DA ÇÖKDÜRÜR - Lirə və rubl “büdrəyir”, bəs manatı nə gözləyir?
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI