Amerikalı general Ankaranı hədələdi:"Müdafiə sahəsində əməkdaşlığı dayandıra bilərik"

743 8-03-2018, 23:16 dunya / gundem

Amerikalı general Ankaranı hədələdi:"Müdafiə sahəsində əməkdaşlığı dayandıra bilərik"
ABŞ Türkiyənin Rusiyaya məxsus "S-400" zenit-raket komplekslərini almaqdan imtina edəcəyinə ümid bəslədiyini bildirib.

"İzvestiya.ru" xəbər verir ki, belə bir açıqlama ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı, Amerika generalı Kertis Skaparrotti çıxış edib.

General əks təqdirdə Vaşinqtonla Ankara arasında müdafiə sahəsində əməkdaşlığın kəsiləcəyi ilə hədələyib.

"Biz Türkiyə ilə onların istifadə edə biləcəyi Hava Hücumundan Müdafiə tədbirlərini və sistemlərini müzakirə edirik. Düşünmürəm ki, bu, başa çatmış sövdələşmədir. Düşünürəm ki, vaxtımız var və mən işi bu aspektdə davam etdirmək istəyirəm ki, onları həmin sistemin NATO standartlarına uyğun gəlmədiyini əmin edə bilim", – deyə general bildirib.

Demokrat senator Cek Rid isə bildirib ki, Türkiyənin "S-400" raketlərini əldə etməsi ABŞ və Türkiyə arasındakı müdafiə sahəsində əməkdaşlığa potensial təhlükə törədir/Report.
Xeberdar.net

XƏBƏR LENTİ