“An-26” təyyarə qəzasının səbəbi açıqlandı

724 10-03-2018, 15:16 dunya / gundem

“An-26” təyyarə qəzasının səbəbi açıqlandıSuriyada Rusiyaya aid “An-26” hərbi yük təyyarəsinin qəzaya uğramasına qanadın arxasında simmetrik yerləşən qanad elementinin zədələnməsi səbəb olub.

Bu barədə “Kommersant” qəza səbəbləri ilə bağlı aparılan araşdırma ilə əlaqəli mənbələrə istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrinə görə, təyyarədə sözü gedən qanadarxası elementlərin işə salınması zamanı onlardan biri sıradan çıxıb. Nəticədə Hmeymim bazasına eniş etməyə hazırlaşan təyyarənin eniş bucağı kəskin şəkildə dəyişib və təyyarə “burun” hissəsi ilə yerə çırpılıb.

Ekspertin sözlərinə görə, belə situasiyalarda hətta təcrübəli ekipaj üzvləri belə qəzanın qarşısını almaqda acizdir.

Xatırladaq ki, Rusiyaya aid hərbi yük təyyarəsi martın 6-da Suriyanın Hmeymim hava bazası yaxınlığında (eniş zolağına 500 metr qalmış) qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 39 nəfər o cümlədən 27 zabit, gizir və müddətdən artıq hərbi qulluqçu olub. Qəzadan sağ çıxan olmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Suriyanın “Ceyş əl-İslam” qruplaşması təyyarə qəzasına görə məsuliyyəti öz üzərinə götürmüşdü. Rusiya Müdafiə Nazirliyi “An-26”nın yerdən iri-çaplı pulemyotlarla vurulması ilə bağlı iddiaları rədd edib. (Oxu.Az)

XƏBƏR LENTİ