MKİ-nin rəhbəri Rusiyanın yeni silahları barədə: “Amerika xalqı rahat yata bilər”

761 12-03-2018, 15:58 dunya / gundem

MKİ-nin rəhbəri Rusiyanın yeni silahları barədə: “Amerika xalqı rahat yata bilər”ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mark Pompeo Rusiya prezidenti Vladimir Putinin bu günlərdə təqdim etdiyi yeni strateji silahlarla bağlı danışıb.

Virtualaz.org xəbər verir ki, Mark Pompeo «Fox News» telekanalına müsahibəsində ABŞ-ın bu yeni mürəkkəb silahlardan özünü qorumaq üsullarını tapacağını deyib. Eyni zamanda bildirib ki, Putinin bütün bu danışdıqları MKİ üçün təəcüblü deyildi.

“Biz bunu olduqca böyük diqqətlə izləyirik və təqib edirik, həm Müdafiə Nazirliyini, həm amerikalıları əmin edirik ki, rusların proqramları ilə bağlı bizdə düzgün qavrama var. Biz əmin edirik ki, amerika xalqı rahat yata bilər. Bizim təhlükəsizlik sistemimiz bütün hücumların öhdəsindən gəlmək imkanındadır”-Mark Pompeo bildirib.
MKİ-nin rəhbəri Rusiyanın yeni silahları barədə: “Amerika xalqı rahat yata bilər”
Bəs Rusiyanın yeni silahları ABŞ-ın müdafiəsini yarıb oyunun gedişini dəyişə bilərmi? MKİ rəhbəri bu suala cavab olaraq deyib ki, Vaşinqton cavab tədbirləri görəcək.

“Hər dəfə bizim düşmənlərimiz tərəfindən yeni silahların işlənib hazırlandığı barədə təhdidedici məlumatlar daxil olanda Amerika başa düşməlidir ki, bizim bu irəliləyişlərə qarşı vasitələrimiz var. Bizim vəzifəmiz istənilən təhdidin öhdəsindən gəlməkdir”-MKİ rəhbəri deyib.

Xeberdar.net

XƏBƏR LENTİ