“Şimali İraqa zurna-balabanla girməyəcəyik” –Rəsmi Ankaradan yeni savaş xəbərdarlığı

512 13-03-2018, 09:26 dunya / gundem

“Şimali İraqa zurna-balabanla girməyəcəyik” –Rəsmi Ankaradan yeni savaş xəbərdarlığı
"Məndən heç kəs təqvim açıqlayacağımı gözləməsin. Şimali İraqa zurna-balabanla girməyəcəyik. Qırıcılarımızı, əsgərlərimizi görəndə gəldiyimizi anlayacaqlar".

Bu açıqlama ilə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Nazirlər Şurasının toplantısından sonra mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, Şimali İraqda terrorçulara qarşı əməliyyatların keçirilməsilə bağlı rəsmi Bağdadla aparılan müzakirələr məhsuldar olub: "Rəsmi Bağdadın razılığı ilə Şimali İraqda terrora qaşrı birgə mübarizə aparacağıq"/Teleqraf.com.

XƏBƏR LENTİ