İran Azərbaycanı çətin vəziyyətə saldı: Dollar "sürpriz" vəd edir

İran Azərbaycanı çətin vəziyyətə saldı: Dollar "sürpriz" vəd edir
İran neft istehsalçısı olan ölkələri çətin vəziyyətə qoyub.

Cebhe.info xəbər verir ki, bazarda Səudiyyə Ərəbistanı ilə rəqabət aparmaq üçün İran neft qiymətlərini aşağı salır. Belə ki, Iran Heavy markalı neft avropalı alıcılara daha ucuz qiymətə təklif ediləcək. OPEK-in səbətində bu neftin hər barreli 23,85 dollar təşkil edir.

İranın Dövlət Neft Şirkəti bu neft üçün 6,55 dollarlıq endirim təklif etmək niyyətindədir. İrana qarşı sanksiyaların götürülməsindən sonra ilk vaxtlar bazara 500 min barrel neft çıxaracağını bəyan edən İran bununla sanksiyaların tətbiqi müddətində itirilmiş mövqelərini bərpa etməyə çalışır.

İranın bu xəbərindən sonra dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması gözlənilir. Artıq Brent markalı neftin hər barreli 28 dollardan aşağı təklif edilir.

Qeyd edək ki, 2015-ci ildə Avropanın bir çox neft şirkətləri, o cümlədən Eni və Total Səudiyyə Ərəbistanından neft almağa başlayıb. İranın yeni qiymətləri bu şirkətləri yenidən İran neftinə həvəsləndirə bilər.

Bu isə digər ölkələrin neftinə olan tələbatın azalmasına gətirib çıxaracaq. Neftin qiymətindəki ucuzlaşmanın dollar və avronun bahalaşacağına yol açacağı da gözlənilir.
Xeberdar.net

İran Azərbaycanı çətin vəziyyətə saldı: Dollar "sürpriz" vəd edir

  • 20-01-2016, 14:47
  • 512


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  3. Daha bir rayon su böhranı ilə üz-üzə
  4. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  5. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  6. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  7. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  8. Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız
  9. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
  10. Bakıda karantini pozan çay evinin icarədarı 2 min manat cərimələndi - Fotolar
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI