"1990-cı ildə bir vəsiqə əldə edib, deyirlər ki, "veteranıq""- sədr və müavinin məhkəməsi

701 14-03-2018, 11:19 cemiyyet / gundem

"1990-cı ildə bir vəsiqə əldə edib, deyirlər ki, "veteranıq""- sədr və müavinin məhkəməsiAzərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavini növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən 1961-ci il Məhəmməd Vəliyev və 1961-ci il Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Məhəmməd Vəliyev ifadə verib.

O bildirib ki, şahidlərin, zərərçəkdiklərini deyən şəxslərin söylədikləri böhtandır: "2008-ci ildə Nazirlər Kabnetinin qərarı ilə Hövsan bələdiyyəsinə 10 hektar torpaq ayrılıb. Həmin torpaq Əfqanıstan veteranları üçün ayrılmayıb. Biz onlara torpaq sahəsi vermirik, bələdiyyəyə baxılması üçün göndəririk. Mən sədrliyə başlayanda məndən əvvəlki sədr bütün torpaqları vermişdi. Məhkəmədə ifadə verən şahidlərin heç biri cəmiyyətin üzvü deyil. Hansı ki, onlar 1990-cı illərdə bir vəsiqə əldə ediblər. İndi də gəlib deyirlər ki, "biz veteranıq". Vəsiqələrinə baxsanız görəcəksiz ki, onların müddəti də keçib"- deyə təqsirləndirilən şəxs bildirib.

Onun sözlərinə görə, rayon məhkəmələrində təşkilatın ləğv edilməsi ilə bağlı məhkəmə iclasları belə keçirilib: "Həmin şəxslərin məqsədləri təşkilatın ləğv edilməsi olub. Yenə də deyirəm ki, həmin şəxslərin iddiaları bizə qarşı şər və böhtandır. Heç kəsdən pul almamışam. Şahidlərin ittihamları ilə razılaşmıram. Heç şikayətçilərin çoxunu tanımıram. İnanmıram ki, digər təqsirləndirilən Cavan Əhmədov da onlardan pul alsın".

Zərərçəkən olduqlarını deyən digər Əfqanıstan veteranları da narazı qalıblar. Onlar iş üzrə zərərçəkmiş kimi tanınmayıblar. Cinayət Məcəlləsinin 308-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açıldığından veteranlar zərərçəkmiş kimi yox, şahid kimi tanınıblar.

Məlum olub ki, onlar torpaq almaq və ayrılmış imtiyazlardan istifadə etmək üçün birliyin sədrinə və müavininə rüşvət veriblər.

Bildirək ki, Məhəmməd Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Veteranlara ayrılan torpaq sahəsi onlara sarılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satılıb.

Veteranlar iddia edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblır.

Xeberdar.net

XƏBƏR LENTİ