Xaçmaz xəstəxanası qardaşı tərəfindən güllələnən uşağın səhhəti barədəaçıqlama verib

686 14-03-2018, 13:08 gundem

Xaçmaz xəstəxanası qardaşı tərəfindən güllələnən uşağın səhhəti barədəaçıqlama verib
Xaçmaz rayonunda qardaşı tərəfindən güllələnən İlxıçı kənd sakini, 2005-ci il təvəllüdlü R.-nın vəziyyəti normaldır.

Bu barədə “Report”un Şimal bürosuna Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, uşağın sağ budun ön səthinin yuxarı üçdə birinin qırma yaralanması diaqnozu ilə xəstəxananın Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Xeberdar.net

XƏBƏR LENTİ