Tereza Mey xəbərdarlıq etdi- Rusiyaya qarşı məxfi tədbirlər görüləcək

686 14-03-2018, 23:57 dunya / gundem

Tereza Mey xəbərdarlıq etdi- Rusiyaya qarşı məxfi tədbirlər görüləcək


Britaniya hökumətinin başçısı Tereza Mey martın 14-də deputatlar qarşısında çıxış edərkən Rusiyaya əleyhinə “bir sıra məxfi tədbirlərin” işə salına biləcəyini bildirib.

Interfax informasiya agentliyi iməlumat verir ki, Tereza Mey çıxışı zamanı məxfi tədbirlərin bir qismini açıqlayıb. “Bu tədbirlər düşmənçilik münasibəti göstərən dövlətin fəaliyyətindən irəli gələn təhlükəyə qarşı yönəlib”, – deyə baş nazir vurğulayıb.

Bir müddət öncə Tereza Mey “Skripal işi” ilə bağlı 23 rusiyalı diplomatın ölkədən çıxarılacağını demişdi. Ölkəni tərk etmək üçün onlara bir həftə vaxt verilib.

Eyni zamanda, Böyük Britaniya Rusiya ilə yüksək səviyyəli müqavilələri də ləğv edib və bu səbəbdən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Londona dəvətini geri götürüb. Həmçinin britaniyalı nazirlər və yüksək vəzifəli məmurlar Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına getməyəcəklər.

Buna başqa, Rusiyaya məxsus dövlət aktivlərinin ölkənin təhlükəsizliyinə qarşı istifadəsi sübut olunsa, London bu aktivləri donduracaq. Böyük Britaniya, həmçinin Rusiya vətəndaşlarının gömrük yoxlamalarını və şəxsi təyyarələrə nəzarəti də gücləndirəcək.

xeberdar.net

XƏBƏR LENTİ