Qəzzafinin oğlu namizədliyini irəli sürdü –Liviyadakı prezident seçkisi

653 20-03-2018, 13:25 dunya / gundem

Qəzzafinin oğlu namizədliyini irəli sürdü –Liviyadakı prezident seçkisi
Liviyanın mərhum lideri Müəmmar Qəzzafinin oğlu Seyf əl-İslam Liviyadakı prezident seçkisində öz namizədliyini irəli sürüb.

Bunu jurnalistlərə açıqlamasında əl-İslamın rəsmi nümayəndəsi Ayman Buras söyləyib.

O, Seyf əl-İslamın Liviyada hakimiyyətə gəlməyə deyil, sadəcə ölkəsini xilas etməyə çalışdığını bildirib.

Qeyd edək ki, Qəzzafilər 2011-ci ildə Liviyada hakimiyyətdən devriliblər. Nəticədə Liviya lideri Müəmmar Qəzzafi üsyançılar tərəfindən linç edilərək öldürülüb/Axar.az.

XƏBƏR LENTİ