QIRMIZI DƏNİZDƏ GİZLİ GÖRÜŞ:Ərəb liderlər Türkiyə və İran əleyhinə xəlvəti koalisiya qurubmuş - ARAŞDIRMA

853 21-03-2018, 10:38 siyaset / gundem

QIRMIZI DƏNİZDƏ GİZLİ GÖRÜŞ:Ərəb liderlər Türkiyə və İran əleyhinə xəlvəti koalisiya qurubmuş - ARAŞDIRMA
Devid Hirst

“Middle East Eye”

Livan mənşəli amerikalı iş adamı və pedofiliyaya görə məhkum olunmuş Corc Nadirin 2015-ci ilin sonunda Qırmızı dənizdə lövbər atmış bir yaxtada ərəb liderlərinin gizli zirvəsini təşkil etməsi ortaya çıxıb. Hazırda o, Donald Trampın seçki kampaniyasının maliyyələşdirilməsini araşdıran Robert Möllerin xüsusi istintaqı qrupu ilə əməkdaşlıq edir.

Corc Nadir yaxtaya toplanan liderlərə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Ərəb Birliyini əvəz edəcək və altı ölkəni birləşdirəcək elit regional qrup yaratmağı təklif edib.

Yığıncaqda iştirak edən iki qaynağın sözlərinə görə, C.Nadir qrupdakı bölgə dövlətlərinin "ABŞ hökumətindən asılı ola biləcəyini", Türkiyə və İranın təsirinə qarşı çıxacaqlarını söyləyib.

Livanlı biznesmenin toplantısına Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman, Abu-Dabi şahzadəsi Məhəmməd bin Zaid, Misir prezidenti Əbdülfəttah Sisi, Bahreynin tacdar şahzadəsi Salman və İordaniya kralı Abdullahı qatılıb.

Sadalanmış dövlətləri, üstəgəl, gizli zirvədə təmsil olunmayan Liviya, ABŞ və İsrail tərəfdarı olan yeni blokun nüvəsini təşkil edəcəkdi.

Nadir liderlərə deyib: "Əgər bunu qəbul edirsinizsə, mən Vaşinqtonda bunun üçün lobbiçilik edəcəyəm".

Toplantı iştirakçıları bu fikri bəyəniblər.

“MEE” ayrıca Nadirin son iki ildə ABŞ Konqresində yeni sanksiya paketi və Tehranın Dünya Ticarət Təşkilatına daxil olmasına maneə törətməyi nəzərdə tutan qanun layihəsi ilə bağlı İran İnqilab Keşikçiləri Korpusu (İİKK) təmsilçiləri ilə tez-tez təmasda olduğu ortaya çıxıb.
QIRMIZI DƏNİZDƏ GİZLİ GÖRÜŞ:Ərəb liderlər Türkiyə və İran əleyhinə xəlvəti koalisiya qurubmuş - ARAŞDIRMA
Corc Nadir iraqlı şiə lideri Ammar əl-Hakimin və qrupunun köməyi ilə bu əlaqəni qurub.

İİKK-nin Yaxın Şərq ölkələrinə mesaj göndərmək üçün Nadirdən istifadə etdiyi də ehtimal olunur.

Tramp planın mərkəzində olub

Qırmızı dənizdəki gizli zirvə kral Salmanın hakimiyyətinin ilk ilinin sonunda və oğlu MBS-nin yalnız tacdar-şahzadənin müavini olduğu zaman keçirilib.

Səudiyyə taxtına başlıca iddialıya maneə törədən o zamanlar Vaşinqtonun təhlükəsizlik quruluşunun favoriti olan əmisi oğlu Məhəmməd bin Naif idi. MBS 2017-ci ilin iyun ayında, atası Bin Naifi vəzifəsindən azad etdikdən sonra tacdar-şahzadəyə çevrilib.

Tramp isə namizədliyini 2015-ci ilin iyun ayında, demokratik namizəd Hillari Klintonun seçkidə liderliyi bəlli olarkən elan edib. O, Barak Obamanın İranla nüvə razılaşmasından Səudiyyə və Əmirliyin narazı olduğunu bilirdi.

Önəmli olan budur ki, gizli toplantıya qatılmış ərəb liderləri 2015-ci ilin sonunda Trampın istənilən prezidentliyə namizəd və özlərinin yeni regional hegemonlara çevrilməsi planlarında onun açar ola biləcəyinə qərar veriblər.

Bir neçə ay sonra, 2016-cı ilin yanvarında İordaniya kralı Abdullah Türkiyəni ABŞ Konqresinin rəhbərlərinə regional təhlükəsizliyə əsas təhdid kimi təqdim edib.

“MEE”-ın məlumatına görə, iordaniyalı padşah ABŞ konqresmenlərinə Türkiyənin terrorçuları Avropaya ixrac etdiyini söyləsə də, sonradan bu açıqlamasını ictimaiyyət qarşısında təkzib edib. İordaniya, hər halda, yaxtada toplaşan qrupa daxil olub.

Amma rəsmi Əmman ötən ilin iyun ayında Qətərə qarşı tətbiq olunan blokadaya riayət etməmək qərarı ilə, Səudiyyə Ərəbistanı ilə İordaniya arasında anlaşmazlıq yaranıb.QIRMIZI DƏNİZDƏ GİZLİ GÖRÜŞ:Ərəb liderlər Türkiyə və İran əleyhinə xəlvəti koalisiya qurubmuş - ARAŞDIRMA
Səudiyyə ilə İordaniya arasındakı ayrılmanın daha bir səbəbi sonuncunun Qüdsün İsrailin paytaxtı olaraq tanıması barədə Trampın əleyhinə səs verməsidir. Həmin vaxt İordaniya Müqəddəs şəhərdəki qüdsi yerlərin qorunmasındakı rolunu itirmək təhlükəsi ilə qarşılaşmışdı.

Vasitəçi Corc Nadir kimdir?


Bu yaxınlarda Corc Nadirin həm də Bin Zaidlə Tramp arasındakı əsas kanal olması ortaya çıxıb. “The New York Times” qəzetinin məlumatına görə, Möller ərəb liderlərin Trampın prezidentlik kampaniyasına qeyri-qanuni olaraq pul köçürdüklərini müəyyənləşdirmək üçün maliyyə əlaqələrini aktiv şəkildə araşdırır.

Son həftələrdə Möllerin müstəntiqləri Nadirdən sui-istifad ediblər və Əmirliyin Trampın prezidentlik kampaniyasına pul yönəltməsinə dair hər hansı mümkün cəhdlərlə bağlı şahidlərə təzyiq göstərirlər.

Martın 16-da azyaşlı oğlanları cinsi istismar etmək və uşaq pornoqrafiyası yaymaqda ittihamlanmış C.Nadir həbsxanadan çıxıb. “Newsweek” nəşri uşaq pornoqrafiyası ittihamı ilə onun Virciniyada altı ay cəza çəkdiyini açıqlayıb. Federal məhkəmə qeydlərinə əsasən, Nadir uşaq pornoqrafiyasını Almaniyadan ABŞ-a gətirməkdə təqsirləndirilib.

O, 2003-cü ildə də Çex Respublikasında cinsi təcavüzə məruz qalan 10 uşağa görə bir il müddətinə məhkum olunub.

Bu cinayətkar keçmişinə baxmayaraq, Corc Nadir Tramp tərəfindən fəal şəkildə istifadə edilib. O, Trampın kürəkəni Cared Kuşner və 2016-cı ilin dekabrında Nyu-Yorkda yerləşən “Tramp Qülləsi”ndə baş strateq Stiv Bannonla görüşüb.

Bir ay sonra C. Nadir “Blackwater”in sabiq başçısı Erik Prins, rus bankləri və Bin Zaidlə Seyşel adalarında bir yığıncağa qatılıb.

Livanlı Nadirin İsraillə uzun tarixli əlaqələri var. Bir mənbə “MEE”-ya bildirib ki, şahzadə Bin Zaidin tapşırığı ilə C.Nadir iki dövlətin əməkdaşlıq edə biləcəyini müzakirə etmək üçün İsrailli səlahiyyətlilərlə görüşüb. O, baş nazir Benyamin Netanyahuya yaxın olan amerikalı fond qurucu olan Elliott Broydi vasitəsilə İsraildə əlaqələr qurub.

“NYT”-nin məlumatına görə, Broydi BƏƏ ilə yüz milyonlar dollarlıq müqavilə bağlayan xüsusi təhlükəsizlik şirkətinin sahibdir.

Broydi, Tel-Əviv mərkəzli “Markstone Capital Partners” şirkətinə bağlı “Telemark”ın sədri olaraq, Nyu-York ştatında pensiya fondları menecerlərinə təxminən 1 milyon dollar rüşvət verdikdən sonra işdən çıxarılıb. Sonralar Broydi Trampın ianə kampaniyasının sədr müavini olub.

Broydi Tramp və Bin Zaid arasında "qeyri-rəsmi" görüş, habelə BƏƏ siyasətinin dəstəklənməsi üçün lobbiçilik edib.


Tərcümə: Strateq.az

XƏBƏR LENTİ