Baş redaktordan nazirə növbəti müraciət - ''CİNAYƏTKARLARI DURDURUN!''

1 366 21-03-2018, 23:50 siyaset / cemiyyet / gundem

Baş redaktordan nazirə növbəti müraciət - ''CİNAYƏTKARLARI DURDURUN!''

Xeberdar.net-ə altun.az saytının baş redaktoru Süleyman Məmmədlinin Daxili İşlər naziri Ramil Usubova növbəti müraciəti daxil olub.
Müraciəti olduğu kimi sizə təqdim edirik:


Bu ilin yanvar ayından başlanan və bu günədək davam edən münaqişəyə son qoyulmasına dair polis orqanları tərəfindən heç bir addım atılmır.

Saytımızın baş redaktoru Məmmədov Süleyman Cəlal oğlunun övladı Məmmədov Altayın bir yığın əxlaqsız “bezpredel” tərəfindən təzyiqlərə məruz qalıb, evindən didərgin salınması barədə mətbuatda mütəmadi yazılar dərc edilib. Lakin buna baxmayaraq, qarşısı alınmayan və ya "alına bilinməyən" bu ədəbdən anlayışsız kəslər (Muşviq, Cahid, Təbib, Nailə, Arzu və onların övladları) 05.03.2018-ci il tarixində başlamış, 19.03.2018-ci il tarixinə təyin olunan məhkəmə baxışı zamanı, hakimin gözü qarşısında, qarşı tərəfi alçadacaq nalaiq hərəkətlər etməkdən belə çəkinməyiblər. Nəticədə, hakim iddiaçı tərəf olan bu “Bezpredel” qrupu məhkəmə zalından qovub. Növbəti məhkəmə 29.03.2018-ci il tarixinə təyin edilib…

İlk dəfə saytımızda yayımlayacağımız videoda isə qarşı tərəfin hansı əxlaqi keyfiyyətdə olması açıq izah edilir. Öncədən görüntülərdə səsləndirilən əxlaqsız ifadələr üçün oxucularımızdan üzr istəyir, 18 yaşından kiçik və qadınların baxmamasını özənlə rica edirik. Bu videonu yayımlamamaq üçün bizə imkan tanımadılar...
19.03.2018-ci il tarixində Suraxanı rayon Məhkəməsində yuxarıda adları sadalanan bir qrup ünsürün Altun.az saytının baş redaktoru S.C.Məmmədova qarşı etdiyi nalayiq hərəkətlər, yanvar ayından davam edən qarşıdurmanın ən pik zirvəsi olub. İnsanlıqdan kənar bu hərəkətlərin qarşısının alınması tələbi ilə baş redaktor yenidən daxili işlər naziri general-polkovnik cənab Ramil Usubova müraciət ünvanlayıb. Cinayətkarları tərksilah etmək üçün səbəb tapa bilməyən Suraxanı rayon polis əməkdaşlarını və digər aidiyyatı hüquq-mühafizə qurumlarının da diqqətinə çatdırmaq üçün, həmin müraciəti olduğu kimi oxucuların müzakirəsinə buraxırıq:

“Cənab general-polkovnik Ramil Usubov!

Aylardır polis orqanlarına, şəxsən Sizə müraciət edib, qabaqcadan əlbir olan bir qrup başıpozuq, məsuliyyətsiz, əxlaqdan uzaq düşən Müşviq, Cahid, Təbib, Nailə, Arzu, Həbib,...Kəbleyi Tahir kimi ünsürlərdən qorunmaq üçün kömək istəyirəm. Təəssüflər olsun ki, laqeydlikdənmi, məsuliyyətsizlikdənmi, yoxsa, bu kəslərin polis orqanlarıyla hansısa qaranlıq əlaqələri üzündənmi, hər nədənsə, bu adamları durduran biriləri “tapılmır”, ya da birilərinin bu “bespredel”ə “gücü çatmır”. Bu bayram günündə hər kəs ailə-uşağıyla öz evində, isti yuvasında balalarını başına yığıb, bütün dərdlərinə rəğmən, bir günlük də olsa, bayramı qeyd etdiyi vaxtda, mənim oğlum, yuxarıda adlarını sadaladıqlarım tərəfindən, 05 mart tarixdən Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev adına küçədəki evindən didərgin salınıb. Suraxanı rayon polis idarəsi bu adamların qanunsuz əməllərinin qarşısını almaq üçün, əllərində əsas olmadığından, tədbir görə bilmir. Mən polisimin gücünü bilməsəm, həqiqətən də hesab edərdim ki, polisin əlində əsas yoxdur. Amma səsi uca çıxdığından, ya da hansısa mətbu orqanda hansısa çıxışını əsas götürüb, “asayişi pozduğuna görə” bu gün insanları həbsə atan polisimin bu boynubükük mövqeyi, vətəndaşlarda çox böyük xəyal qırıqlığı yaradır. Daima bəyan etdiyiniz kimi, nəzarətinizdə olan kriminalın qarşısında polisin bu günkü “acizliyi”, daha mübhəm mətləblərin olduğuna şübhə yaradır... Fevral ayının 16-dan qeydə aldığım bir videomaterial, bütün əxlaqi dəyərləri aşdığından, bu günədək yayımına “cürət” etməmişəm. Lakin “bıçaq sümüyə dirənib”. Əsassızlıqdan şikayət edən polis əməkdaşlarınızı bu ağır problemdən qurtarmaq üçün, bu videoyazıya kiçiklərin və qadınların olmadığı şəraitdə baxmalarını tövsiyə edirəm. Əgər bu da “əsas” olmasa, o zaman Sizdən xahiş edirəm, vətəndaşa özünü müdafiə hüququndan istifadə edəcəyi təqdirdə, məsuliyyətə cəlb etməyəcəyinizə söz verin... Hər kəs cinayətkarlardan özbaşına qorunmağa məhkum edilsə, bu, ölkəni xaosa sürükləyər. Hər kəs özünü qorumaq məcburiyyətində qalsa, o zaman bu dövlətdə polis orqanlarına ehtiyac olmaz, bu isə DÖVLƏTSİZLİK deməkdir... Mən Sizin dövlətçilikdən yana olduğunuza inananlardan biriyəm. Xahiş edirəm, baxın, “bespredel”i yığışdırın, oğlumun ailəsi və 10 yaşlı məktəbli övladıyla evində təhlükəsiz yaşamasını təmin edin. Çox xahiş edirəm...

Süleyman Cəlal oğlu Məmmədov
Altun.az xəbər portalının baş redaktoru”

Polisin "gücü yetmədiyi" "BEZPREDEL"lərin baş redaktora hücumu - DİQQƏT SÖYÜŞ VAR 18+





XƏBƏR LENTİ