Şəkidə yol-nəqliyyat hadisəsi baş verib - 1 nəfər ağır yaralanıb

915 26-03-2018, 10:56 cemiyyet / gundem

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib - 1 nəfər ağır yaralanıbŞəkidə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 00:30 radələrində Şəki şəhər sakini, 1994-cü il təvəllüdlü Kamal Elşad oğlu Alıxasov ağır qapalı kəllə-beyn travması ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan bildirilib ki, Kamal Alxasovun sərnişin qismində olduğu “Niva” markalı minik avtomobili ilə qəzaya düşərək xəsarət alması məlum olub.

Faktla bağlı Şəki Şəhər-Rayon polis Şöbəsində araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ