Tramp Avropa liderlərini Rusiya diplomatlarını qovmağa çağırıb –Ağ Evdən açıqlama

Tramp Avropa liderlərini Rusiya diplomatlarını qovmağa çağırıb –Ağ Evdən açıqlama
ABŞ prezidenti Donald Tramp bir çox Avropa ölkələrinin liderləri ilə müzakirələr aparıb və onları Rusiya diplomatlarının qovulması kampaniyasına qoşulmağa çağırıb.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Radj Şah keçirdiyi brifinqdə bildirib.

"Bunlar əlaqələndirilmiş hərəkətlər idi. Prezident bunu bir çox ölkələrin liderləri, bizim avropalı müttəfiqlərimizlə müzakirə etdi və onları ABŞ-ın elanına (diplomatların qovulması barədə elana- red) qoşulmağa çağırdı", – deyə o bildirib.

Qeyd edək ki, bu gün Qərb ölkələri, o cümlədən ABŞ Solsberidə zəhərlənmə işi ilə bağlı Rusiya diplomatlarını öz ərazilərindən çıxardıqlarını elan ediblər. Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, rəsmi Kreml bu ölkələrin hər biri barədə cavab tədbirləri görəcək.

xeberdar.net

Tramp Avropa liderlərini Rusiya diplomatlarını qovmağa çağırıb –Ağ Evdən açıqlama

  • 27-03-2018, 00:00
  • 494


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. “Bəyaz Diş” klinikasında dişi bəyazlaşdırırlar bəs... – Ruslan Əliyev haqqında cinayət işi nə üçün açılıbmış?
  3. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  4. Sabahın hava proqnozu açıqlanıb
  5. Ümid Partiyası “21 Azər” Hərəkatının 74-cü ildönümü münasibətilə soydaşlarımızı təbrik etdi
  6. NATO-da Türkiyəyə etimad problemi yaranıb –Nə baş verəcək?
  7. Əri həbsdə olan qadın iki azyaşlı körpəsini ataraq evdən qaçıb
  8. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri bəyanat yayıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI