11-ci sinif şagirdi itkin düşüb – Fotolar

817 28-03-2018, 12:25 gundem

11-ci sinif şagirdi itkin düşüb – Fotolar
İsmayıllı rayonunda yeniyetmə oğlan evdən çıxaraq geri qayıtmayıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, 2000-ci il təvəllüdlü Nağıyev Bilal Elçin oğlu martın 27-i səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən oxuduğu məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb. Valideynləri uşağın günorta saatlarında naməlum istiqamətə getdiyi üçün geri qayıtmadığını görüb və bir sutka ərzində onun axtarıblar.

Övladını tapa bilməyən valideynlər bu gün İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Bilal Nağıyev itkin kimi qeydiyyata alınıb, onun axtarışına başlanılıb. Məlumata görə, Bilal Nağıyev evdən məktəbə getsə də çantasını, kitablarını, şəxsiyyət vəsiqəsini özü ilə aparmayıb.

Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşludur, sifətinin sağ tərəfində çapıq var. O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkcə, qara rəngdə cins şalvar olub.

Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

11-ci sinif şagirdi itkin düşüb – Fotolar
11-ci sinif şagirdi itkin düşüb – Fotolar

XƏBƏR LENTİ