Saxta spirtli içkilər istehsal edən sex aşkar edildi - FOTO

Saxta spirtli içkilər istehsal edən sex aşkar edildi - FOTO
Respublikanın daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə keyfiyyətsiz, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti və sənaye məhsullarının müəyyən edilərək satışının qarşısının alınması sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirıliyinin Mətbuat xidmətidən Teleqraf.com-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Səlim Əbdürrəhimovun Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki bağ massivində qurduğu gizli sexə baxış zamanı külli miqdarda saxta “Zolotoe Koltso”, “Flaqman”, “Krepost”, “Qladius”, “Banketnaya”, “Maqnat” araqları, “Jack Daniels” və “Chivas” viskiləri, 300 litr keyfiyyətsiz spirt, 5000 ədəd saxta aksiz markaları və spirtli içkilərin hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb. Araşdırmalarla S.Əbdürrəhimovun Laçın rayon sakinləri Rəşad Təhməzov, onun qardaşı Ramil Təhməzov və Abşeron rayon sakini Məzahir Əbdürrəhmanovla birlikdə saxta spirtli içkilər istehsal etmələri müəyyən edilib. Həmin spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və onların keyfiyyətsiz, insan orqanizminə ciddi təhlükə yaradan və istifadəyə yararsız olması məlum olub. Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

Araşdırma aparılır.
Hacı Zeynalov
Saxta spirtli içkilər istehsal edən sex aşkar edildi - FOTO
Saxta spirtli içkilər istehsal edən sex aşkar edildi - FOTO
Saxta spirtli içkilər istehsal edən sex aşkar edildi - FOTO
Saxta spirtli içkilər istehsal edən sex aşkar edildi - FOTO
Saxta spirtli içkilər istehsal edən sex aşkar edildi - FOTO

Saxta spirtli içkilər istehsal edən sex aşkar edildi - FOTO

  • 21-01-2016, 14:14
  • 516


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  4. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  5. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  6. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  7. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  8. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  9. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
  10. Azərbaycanda daha bir vəzifəli şəxs cinayət başında yaxalandı, həbs edildi - RƏSMİ
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI