Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilmişdir

1 640 3-04-2018, 11:53 cemiyyet / gundem

Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilmişdir


22-25 mart 2018-ci il tarixlərində Masallı rayonunda Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən həyata keçirilən “ Azərbaycan qarşısında borc” gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təşəbbüsü” layihəsi çərçivəsində “Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilmişdir.
Düşərgənin ilk günündə iştirakçılar düşərgə ərazisinə çatdıqdan sonra qeydiyyatdan keçmiş və müəyyən olunmuş proqramla tanış olmuşlar. Daha sonra ümumi tanışlıq görüşü baş tutmuş və düşərgə müddətində layihənin məqsədi və yaxın günlər üçün fəaliyyətlər haqqında müzakirələr aparılmışdır. Daha sonra isə düşərgə öz fəaliyyətini günün proqramına uyğun davam etdirilmişdir. İştirakçılar düşərgə ərazisi və qaydaları ilə tanış olduqdan sonra ilk təlimin mövzusuna uyğun olaraq kiçik qruplara - patrullara bölünmüşlər. Düşərgə günün sonuna Novruz Bayramı tonqalı ilə yekun vurulumuşdur.
23 mart 2018-ci il tarixində təlim düşərgəsinin 2-ci günü də maraqlı və səmərəli təlimlərlə yadda qalmışdır. Günə səhər düzülüşü – bayraqların qaldırılması və dövlət himninin səsləndirilməsi ilə start verilmişdir. Düzülüşdən sonra iştirakçılar gün ərzində 4 təlimdə iştirak etmişlər. Təlimlər: “Skauting: qeyri-formal təhsil kimi”, “Düyünlər”, “Metodika və pedaqoqika” və “Liderlik nədir? Necə olmalıdır?” mövzularını əhatə etmişdir. Günün sonunda axşam proqramı ilə yekun vurulmuşdur. Axşam proqramında 48 nəfərin qatıldığı 14 region-bölgəni özündə əks etdirən mədəniyyət gecəsi ilə yadda qaldı.
"Liderlik məktəbi" təlim düşərgəsinin növbəti gününə də (24 mart 2018-ci il) iştirakçılar çox fəal şəkildə başlamışlar. Belə ki, iştirakçılar səhəri idmanla başlayaraq yeni təlim gününə gümrah hislə qatılmışlar. Səhər düzülüşndən sonra layihənin əsasını təşkil edən mövzuya uyğun olaraq “Azərbaycan qarşısında borc” adlı təlimə qatılmışlar. Daha sonra isə iştirakçılar tonqal növləri, çadırqurma, oxatma və s. bu kimi skaut bilik və bacarıqlarına yiyələnmək üçün təlimlərdə də iştirak etmişlər.
İştirakçıların gününü rəngarəng etmək üçün və onlara skautların yaşam tərzini göstərmək üçün təlim düşərgəsinin yaxınlığında eyni vaxta 6 yaşdan yuxarı skautların qatıldığı Novruz düşərgəsinə yürüş təşkil olunmuşdur. Bu görüşdə iştirakçılar skautların həyat tərzi, fəaliyyəti və bacarıqları ilə daha da yaxından izləmişlər. Görüşdən sonra Masallı rayonunda Viləşçayın üzərində tikilmiş Viləşçay su anbarına da yürüş təşkil olunmuşdur.
Günün sonuna axşam vida tonqalı ilə yekun vurulmuşdur.
25 mart 2018-ci il tarixində iştirakçılar “Liderlik məktəbi” təlim düşərgəsində fəal iştirakları ilə bağlı sertifikatlarla təltif olunmuş və bayraqların endirilməsi ilə düşərgənin rəsmi bağlanış mərasimi həyata keçirilmişdir.
Həmçinin qeyd edək ki, layihənin növbəti mərhələsində Balakən, Quba, Xaçmaz, Şirvan, Mingəçevir və Ağdam rayonlarından olan Liderlik məktəbi" təlim düşərgəsinin iştirakçıları 3 ay ərzində öz bölgələrində skaut dəstələri formalaşdıracaqlar. Bundan sonra isə hər bölgədən 12 nəfər (8-10 uşaq-yeniyetmə və 3-4 nəfər böyükyaşlı könüllü) 1-8 iyul tarixlərində Xaçmazda təşkil olunacaq “Wonderland 2018” beynəlxalq skaut düşərgəsinə qatılmaq şansı əldə edəcəklər.

Xeberdar.net

Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilmişdir
Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilmişdir
Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilmişdir
Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilmişdir
Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilmişdir
Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilmişdir
Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilmişdir
Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilmişdir

XƏBƏR LENTİ