Ərdoğan Putini 21 top atəşi və atlı mühafizə ilə qarşıladı –Görüş + VİDEOLAR

1 136 3-04-2018, 18:08 dunya / gundem / video

Ərdoğan Putini 21 top atəşi və atlı mühafizə ilə qarşıladı –Görüş + VİDEOLAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini yükəsk səviyyəli rəsmi mərasimlə qarşılayıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə hər iki ölkənin dövlət himnləri səslənib və 21 dəfə top atəşi açılıb.

Putin onun şərəfinə düzülmüş fəxri qaravulu türk dilində salamlayıb. Putinin kortejinin silahlı atlılarla müşayiət edilməsi diqqətlərdən yayınmayıb.

Daha sonra liderlər təkbətək görüşüblər. Beştəpədəki Prezident Sarayında baş tutan qısa görüşdən sonra isə Ərdoğanla Putinlə birlikdə “Akkuyu” AES-in təməlqoyma mərasiminə qatılıblar.

Qeyd edək ki, bu gün Türkiyə – Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci toplantısına qatılacaq. Sabah isə Rusiya, İran və Türkiyə prezidentlərinin Ankarada üçtərəfli görüşü keçiriləcək.

Putin ikigünlük səfərdən sonra Moskvaya dönəcək.


XƏBƏR LENTİ