Türkiyədən sensasion əməliyyat:F-16-lar İraqı bombaladı, 8 helikopterlə əraziyə komandos birliyi endirildi

684 7-04-2018, 22:37 dunya

Türkiyədən sensasion əməliyyat:F-16-lar İraqı bombaladı, 8 helikopterlə əraziyə komandos birliyi endirildi
Türkiyə İraq Kürd Muxtariyyətinin paytaxtı Ərblin Sidekan bölgəsinə hərbi qüvvə yeridib.
Xeberdarşnet Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iddialı məlumatı Bərzani hökumətinin təsiri altında olan və muxtariyyətdə nəşr olunan “Rudaw” qəzeti yazıb.
Qəzet bildirib ki, Sidekandakı dağların zirvəsinə səkkiz helikopterlə türk əsgəri endirilib: “Bu gün Türkiyə ordusu faktiki İraqın ərazisinə 20 km irəliləyib və burada PKK-ya qarşı hərbi əməliyyat keçirir”.
Qəzet Sidekan bölgəsindəki Şapan kəndinin müxtarı Faris Rəsuldan da açıqlama alıb.
O, bildirib ki, Türkiyənin F-16 savaş qırıcıları dünən gecədən ərazini bombalayır: “Bəli, Türkiyə bombalamaqla yanaşı, bu gün 8 helikopterlə Şapan, Dilan, Kevet, Bene, Çiyasor, Alekan və Çiyaneya dağlarına əsgərlər düşürdü”.
Xeberdar.net

XƏBƏR LENTİ