Ekologiya nazirliyi Sumqayıtda ekoloji fəlakət yaradır – FOTOLAR

1 139 18-04-2018, 00:06 siyaset / gundem

Ekologiya nazirliyi Sumqayıtda ekoloji fəlakət yaradır – FOTOLAR
Hüseyn Bağırovun susması nəyə işarədir?

Sumqayıt şəhərindən Azadsoz.info saytına daxil olan məlumatda bildirilir ki, şəhərin “Azərtexnolayn” zavodunun yanında, SOCAR – ın mühafizə zolağında qum və torpaq istismar olunmaqdadır. Sumqayıt icra başçısı Zakir Fərəcovun tapşırığı və polis rəisi Əkbər İsmayılovun nəzarəti altında həyata keçirilən özbaşınalığa Ekologiya və Təbii Sərvətlər nazirliyi susmaqla cavab verir.
Nazirliyin müvafiq şöbələrinin və Ətraf Mühitin Mühafizəsi deportamentinin sektor müdiri Raqub Mirzəyevdən açıqlama istəsək də o zənglərimizə cavab vermədi. ETSN-nın mətbuat xidməti də baş verənləri susqunluqla qarşıladı.
Ekologiya nazirliyi Sumqayıtda ekoloji fəlakət yaradır – FOTOLAR
Görünən odur ki, Sumqayıtda hektarlarla ərazidə torpağın və qumun işbazlar tərəfindən istismar edilərək satılmasına Ekologiya nazirliytinin başbiləni icazə verib. Əgər elə olmasaydı kağız üzərindəki bəyanatları ilə göz çıxaran nazirliyin şöbələri fəaliyyətsizliyi ilə faktlara biganə qalmazdı. Hazırda bir neçə texnikanın cəlb olunduğu qanunsuzluğa polis nəzarət edir. Ekologiya nazirliyinin əməkdaşlarının da ərazidə olması acınacaqlı mənzərənin şahidlərini şoka salıb.
Nazir Hüseyn Bağırovun məsələyə laqeyd yanaşması Sumqayıtda hazırda davam edən qanunsuzluğa şərait yaratmaqdadır. Zakir Fərəcovun şəxsi maraqlarını icra edənlər şəhərdə ekoloji fəlakət yaratmaqdadırlar.

Prezidentin tapşırıqlarına məhəl qoymayan Ekologiya nazirliyinin isə səsi çıxmır. Nə baş verir deyə, sual edənlərə cavab verməkdə çətinlik çəkirik. Azadsoz.info – nun əməkdaşının ərazidə lentə aldığı şəkilləri diqqətinizə çatdırırıq. Ümid edirik ki, Sumqayıtda ekoloji fəlakət yaradanların cəzalandırılması istiqamətində tapşırıqlar veriləcək və Hüseyn Bağırov – Zakir Fərəcov cütlüyünün qanunsuz biznesinin qarşısı alınacaq.
Mövzuya qayıdacağıq.
Azadsoz.infoEkologiya nazirliyi Sumqayıtda ekoloji fəlakət yaradır – FOTOLAR
Ekologiya nazirliyi Sumqayıtda ekoloji fəlakət yaradır – FOTOLAREkologiya nazirliyi Sumqayıtda ekoloji fəlakət yaradır – FOTOLAR

XƏBƏR LENTİ