Türkiyədə kütləvi zəhərlənmə - 167 şagird və müəllim xəstəxanada

693 18-04-2018, 15:10 dunya

Türkiyədə kütləvi zəhərlənmə - 167 şagird və müəllim xəstəxanada
Türkiyənin Kütahya vilayətində məktəblərin birində kütləvi zəhərlənmə baş verib.

Xeberdar.net-in məlumatına görə, 167 nəfərin ürəkbulanma və qusma simptomları ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Onlardan 3 nəfərinin müəllim olduğu deyilir.

Hazırda xəstəxanaya yerəşdirilən şagird və müəllimlərin vəziyyəti normal olaraq qiymətləndirilir.

Zəhərlənmənin keyfiyyətsiz qida səbəbindən baş verməsi ehtimal edilir. Hadisə ilə bağlı cinayət işi açılıb.

XƏBƏR LENTİ