ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib

ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib
ABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdalıq yayıb.

“ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlədən kənar durmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük”, – xəbərdarlıqda bildirilib.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir.

Ölkə parlamenti aprelin 17-də S.Sarqsyanı baş nazir seçib.

ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib

  • 19-04-2018, 10:16
  • 513


Oxşar mövzular
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI