Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı Moderator.az - a açıqlamasında Türkiyənin erkən seçimlərə getməsi qərarına münasibət bildirib:
"Türkiyədə erkən seçim qərarının verilməsini mən sensasion gəlişmə olaraq görmürəm. Çünki aylar öncə də bununla bağlı fikirlər səsləməkdəydi. Özü də bu müxalif qanadın dilindən səsləndirilirdi. Onu əsas gətirirdilər ki, dünyada proseslər sürətlə dəyişir, siyasət hər an, hər gün yeni boyut qazanana hadisələrin fonunda geri qalır. Eski tərkiblə yeni qərarlar almaq da çətinləşir. Ölkənin gələcəyi və bekaası üçün önu yeni dünya düzəninə uyğun şəkildə dizayn edəcək işlək heyətə ehtiyac var. Birdən- birə belə bir qərar alınarkən ona sərt etirazın olmaması da bundan qaynaqlanır ki, siyasi çevrələrdə erkən seçimi istəyənlər istəməyənlərdən qat-qat çoxdu. CHP də dəfələrlə erkən seçim keçirilməsini dilə gətirirdi. Burada MHP-in önə düşməsi və təklif verməsi maraqlı görünə bilər. Amma artıq AKP-nin yanında yer almış bir siyasi partiyanın düşüncəsi ölkənin gələcəyindən yanadırsa gələcək qeyri- müəyyən situasiyaları gözləmədən bunu önə çəkərək bir çox təhlükələri zərərsizləşdirmək nədən daha əvvəl edilməsin. Erkən seçim qərarı dünyada gedən proseslərdən geri qalmamaq qərarıdır. Bu örnək bir çox ölkələrdə də edildi. Türkiyəni çevrələyən ölkələrin çoxunda artıq siyasi hakimiyyətlər bəlli bir müddətə müəyyənləşdirilmişdir. Burada da düşündülər ki, bu belirsizliyi 2019-a buraxmaq olmaz. Dediyim kimi, Türkiyə həssas bir bölgədədir, Suriya savaşının gətirdiyi və hər gün dəyişən olaylar fonunda bəlli bir strateji gəlişdirməsi lazımdır və seçkilərdən sonra müəyyən olunacaq siyasi qüvvə Türkiyənin gələcək strateji xəttini müəyyən edəcəkdir. 24 iyun seçkiləri Türk milləti üçün xeyirli olsun".
Xeberdar.net